Gənc cüdoçularımız yeni sınaq qarşısında 

Gənc cüdoçularımız yeni sınaq qarşısında 

Bu gün Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku turnirinə start veriləcək. 
Olimpnews.az xəbər verir ki, komandamız yarışda yalnız qızların mübarizəsində 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.
İlk yarış günündə komandamızın dörd üzvü tatami üzərinə çıxacaq. Milli üzvlərindən Nilgün Rzayeva, Fidan Əlizadə (hər ikisi -63 kq), Pərvanə Abdullayeva (-70 kq) və Nigar Süleymanova (-78 kq) mükafatlar uğrunda yarışacaq. 
Qeyd edək ki, iyunun 1-dək davam edəcək turnirdə 25 ölkədən 485 idmançı (301 oğlan, 184 qız) mübarizə aparacaq.