Amerikalı UFC çempionu Daniel Kormier rusiyalı Həbib Nurməhəmmədov haqqında təəssüf dolu fikirlər səsləndirib.
"Həbib silahı çox tez yerə qoydu. O hələ bu günə kimi döyüşə bilərdi. Hamı onun döyüşlərindən zövq alırdı. Düzdür, indi yarışlarda İslam Mahaçov onun yolunu davam etdirir. Həbib bir başqa idi. Əgər onun atası dünyasını dəyişməsəydi, bəlkə qayıdış barədə ümid etmək olardı" - deyə Sportskeeda Kormierdən sitat gətirib.