Biletlər 55 -640 avro dəyərində olacaq

Biletlər 55 -640 avro dəyərində olacaq

Ağır çəkidə dünya çempionu Vladimir Kliçko -Aleks Leapai döyüşünə biletlərin satışına fevralın 11-də start veriləcək. Bu qarşılaşma və döyüşün biletlərinin qiyməti maraqlı gözlənilirdi. Nəhayət, qiymətlər açıqlanıb. Məlum olub ki, ən ucuz yerlərə 55 avroya bilet əldə etmək mümkündür. VİP yerlərdə oturmaq istəyənlər isə 640 avro ödəməli olacaqlar.
Xatırladaq ki, ukraynalı boksçu avstraliyalı rəqibi ilə aprelin 26-da qarşılaşacaq. Döyüş Almaniyanın Overhauzen şəhərindəki "Koenig Pilsner Arena”da keçiriləcək. Bu arena 12650 tamaşaçı tutumuna malikdir. Burada indiyə qədər 100 dəfə keçirilən dünya miqyaslı şou proqramları 800 min tamaşaçı izləyib.