Rusiyanın bədii gimnastika üzrə Əməkdar məşqçisi İrina Vinerin adı Kanada hökuməti tərəfindən sanksiya siyahısına daxil edilib.
Olimpnews.az xəbər verir ki, həmin siyahıda yer alan şəxslər “beynəlxalq sülhün pozulmasında” və “beynəlxalq böhranın yaradılmasında” iştirak edən vətəndaşlar kimi qeyd edilib.
Qeyd edək ki, Viner 2001-2024-cü illərdə Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti vəzifəsində çalışıb. 2025-ci ildə 76 yaşlı Viner milli komandanın baş məşqçisi postundan ayrılıb.