UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan ədbirdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib. Premyer Liqanın gümüş medalçısı “Zirə” “Hayduk”a (Xorvatiya) rəqib olub. Bakı təmsilçisi ilk matçı evdə keçirəcək. Komandamız bir həftə sonra isə səfərdə cavab görüşünə çıxacaq.
Azərbaycan çempionatının bürünc medalçısı "Araz-Naxçıvan" isə Yunanıstanın "Aris" klubu ilə üz-üzə gələcək. Naxçıvan klubu birinci qarşılaşmasını evdə, ikincini səfərdə keçirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.
"Zirə" və "Araz-Naxçıvan"ın Konfrans Liqasındakı rəqibləri məyyənləşdi
