"Belə çempionatlarda futbol öz nüfuzun itirir" - La Liqa prezidenti

"Belə çempionatlarda futbol öz nüfuzun itirir" - La Liqa prezidenti

İspaniya La Liqasının prezidenti Xavyer Tebas FİFA tərəfindən təşkil olunan Klublararası dünya çempionatı haqqında sərt fikirlər səsləndirib.

Olimpnews.az-ın məlumatına görə, o, bildirib ki, bu yarış elə də maraqlı deyil, bu səbəbdən də çempionatı tam izləmir. "İstərdim ki, bir daha belə bir bərbad yarış keçirilməsin. Bu yarış yalnız müəyyən maliyyə maraqları üçün nəzərdə tutulub. Belə çempionatlarda futbol öz nüfuzun itirir. Təsadüfən bir az “Çelsi”nin oyununu izlədim. Bu matç mənə yoldaşlıq görüşü kimi göründü. Cəmi 25 dəqiqə baxdıqdan sonra belə bir qərara gəldim ki, bu çempionat deyil”, - deyə Sport.es Tebasın sözlərindən sitat gətirib.