Klublararası dünya çempionatı: "Real" xal itirdi 

Klublararası dünya çempionatı: "Real" xal itirdi 

Futbol üzrə Klublararası dünya çempionatında daha bir oyun keçirilib. 
Olimpnews.az xəbər verir ki, H qrupunun ilk oyunları çərçivəsində Madrid "Real"ı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə qarşılaşıb. 
Oyunda hesabı 34-cü dəqiqədə "Kral klubu" açıb. Qonzalo Qarsiya Rodriqonun ötürməsini qola çevirib. Lakin ilk yarının sonlarına yaxın -41-ci dəqiqədə Simone İnzaginin komandası hesabda tarazlığı bərpa edib. Ruben Neves penalti zərbəsini dəqiq yerinə yetirib. 
İkinci hissənin sonlarında Madrid təmsilçisi hesabda yenidən irəli çıxmağa yaxın olub. Lakin 90+2-ci dəqiqədə Federiko Valverde rəqib qapısına təyin olunmuş penaltı zərbəsini dəqiq yerinə yetirə bilməyib. 
Beləliklə, tərəflər oyundan hərəyə bir xalla ayrılıblar. 
Qeyd edək ki, bu oyun həm də hər iki komandanın yeni baş məşqçisinin ilk oyunu kimi də yadda qalıb. Belə ki, Xabi Alonso "Real"da, Simone İnzagi isə "Əl-Əhli"nin heyətində debüt oyunun çıxıb.