Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Liqa yarışının II turuna start verilib.
Olimpnews.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 94 klub və idman cəmiyyətindən 816 idmançı (651 oğlan, 165 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizəyə başlayıb.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən turnirin ilk günündə 5 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Qaliblər diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.