Florentino Peres: "Futbol böyük klubların birliyi və texnologiya sayəsində daha da irəli gedəcək"

Florentino Peres: "Futbol böyük klubların birliyi və texnologiya sayəsində daha da irəli gedəcək"

Madrid "Real"ının prezidenti Florentino Peres Klublararası dünya çempionatının geniş formatda keçirilməsini dəstəkləyir. 

"Dünyanın ən yaxşı klublarının belə möhtəşəm yarışda iştirakını təmin etdiyi üçün FİFA və DAZN-a təşəkkür edirəm. Bu yarışın ənənəvi olacağına inanıram. Futbol dünyanın ən əsas idman növüdür. Bu çempionat televiziyada ödənişsiz yayımlanır. Bu o deməkdir ki, dünyanın hər yerində yaşayan uşaqlar "Real"ın oyunlarını izləyə bilirlər. Futbol böyük klubların birliyi və texnologiya sayəsində daha da irəli gedəcək”, - deyə DAZN Perezdən sitat gətirib.

Qeyd edək ki, ABŞ-da keçirilən klublararası dünya çempionatında 32 klub iştirak edir. İyunun 14-də başlayan turnir iyulun 13-də yekunlaşacaq.