Xoakin Kaparros “Sevilya”nın ilk fəxri prezidenti seçilib.
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, səfir kimi klubu müxtəlif tədbirlərdə təmsil edəcək.
Məlumat üçün bildirək ki, Kaparros klub tarixində baş məşqçi kimi keçirdiyi matçların (248) və qələbələrin (112) sayına görə rekordçudur. O Əndəlüs klubunda ilk dəfə 2000-ci ilin yayında debüt edib. 2005-ci ilə qədər klubun uğurları üçün çalışıb. Sonradan digər klublarla işləyən ispaniyalı mütəxəssis 13 ildən sonra yenidən geri qayıdıb. İdman direktoru kimi işini davm etdirən Kaparros 2019-cu ildə yenidən komandaya bir il rəhbərlik edib. Mütəxəssis son mövsümdə də "Sevilya"nı çalışdırıb.