Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunun oyunlarını stadionlardan 550 mindən çox tamaşaçı izləyib.
Olimpnews.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, ən çox tamaşaçı PSJ - “Atletiko” matçında qeydə alınıb - 80 619 nəfər. “Real Madrid” - “Əl-Hilal” matçı ikinci pillədə yer alıb - 62,415. “Əl-Əhli” - “İnter Mayami” matçında isə 60,927 nəfər tamaşaçı bu həyəcanı izləyib.