Tramp “Qoca sinyora”nı qəbul edib

Tramp “Qoca sinyora”nı qəbul edib

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Turinin "Yuventus" klubunun futbolçuları ilə görüşüb. Olimpnews.az xəbər verir ki, qəbul zamanı Tramp “Qoca sinyora”nın məşqçisi İqor Tudor, eləcə də komandanın oyunçuları Toen Kupmayners və Ueston Makkenni ilə söhbət edib.

Qeyd edək ki, Bakı vaxtı ilə iyunun 18-dən 19-na keçən gecə “Yuventus” Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda “Əl Əyn” klubu ilə üz-üzə gəlib. İqor Tudorun komandası rəqib qapısından beş cavabsız top keçirib.