PSJ "Botofoqo"ya məğlub oldu 

PSJ "Botofoqo"ya məğlub oldu 

ABŞ-da keçirilən futbol üzrə Klublararası dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.   
Olimpnews.az xəbər verir ki, bu gün B qrupunda ikinci turun oyunlarına yekun vurulub. UEFA Çempionlar Liqasının son qalibi PSJ (Fransa) "Botofoqo" klubu ilə qarşılaşıb. Oyun cənubi amerikalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb -0:1. Matçda vurulan yeganə qolun müəllifi 36-cı dəqiqədə fərqlənən İqor Xesus olub. 
Beləliklə, iki turdan sonra "Botofoqo" klubu 6 xalla turnir cədvəlinə liderlik edir. Luis Enrikenin komandası isə 3 xalla ikinci pillədə qərarlaşıb.