İngiltərənin "Liverpul" komandası yay transfer pəncərəsində yeni transferi rəsmiləşdirmək üzrədir.
Olimpnews.az xəbər verir ki, "mersisaydlılar" "Bornmut"in sol cinah müdafiəçisi Miloş Kerkezi heyətinə cəlb etməyə yaxındır. "Qırmızılılar" 21 yaşlı futbolçu üçün 45 milyon avro ödəyəcək.
Qeyd edək ki, macarıstanlı futbolçu 2023-cü ildən "Bornmut"un heyətində çıxış edir.
"Liverpul" yeni transferini rəsmiləşdirmək üzrədir
jpeg-1750405088.jpeg)