Argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı dinləmələr ilin sonuna qədər davam etdirilməyəcək.
Olimpnews.az AS nəşrinə istinadən xəbər verir ki, bu fikri iki təqsirləndirilən şəxsin vəkilləri bildirib. "Bu il dinləmələrə fasilə veriləcək. Birincisi məhkəmənin öz qrafiki var. Onların qrafikində bu barədə qeyd yoxdur. Üstəlik vəkillərdən çoxlu vəsatətlər gəlib ki, bu da dinləmələrin başlanmasını gecikdirəcək" - deyə hüquq mühafizəçisi vurğulayıb.