"Qoca sinyora" Almaniya brendi ilə razılaşıb 

"Qoca sinyora" Almaniya brendi ilə razılaşıb 

"Yuventus" Almaniya brendi olan "Adidas"la yeni müqavilə imzalayıb. İtaliya klubunun rəsmi saytı xəbər verir ki, müqavilə on il müddətinə (2027/28 mövsümündən 2036/37 mövsümü) qədər nəzərdə tutulub. Müqavilənin bütün müddəti ərzində "Qoca sinyora" 408 milyon avro əldə edəcək. Qeyd edək ki, "Yuventus" və "Adidas" 2015-ci ildən etibarən əməkdaşlıq edirlər.