İtaliya klubuna yeni baş məşqçi təyin olunub

İtaliya klubuna yeni baş məşqçi təyin olunub

Uzun müddət "Arsenal"da işləyən ispaniyalı mütəxəssis Karlos Kuesta "Parma"nın yeni baş məşqçisi təyin olunub. 

İtaliya klubunun rəsmi saytı xəbər verir ki,  Kuesta ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Məşqçi iyunun 26-da rəsmi olaraq ictimaiyyətə təqdim olunacaq.