Klublarası dünya çempionatında D qrupunda ikinci tur yekunlaşdı

Klublarası dünya çempionatında D qrupunda ikinci tur yekunlaşdı

ABŞ-da keçirilən futbol üzrə Klublararası dünya çempionatında daha bir oyun keçirilib. 
Olimpnews.az xəbər verir ki, D qrupunun ikinci turu çərçivəsində ABŞ-ın “Los Anceles” klubu Tunisin "Esperans” klubu ilə qarşılaşıb. Oyun  şimali afrikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın taleyini həll edən yeganə qolun müəllifi 71-ci dəqiqədə fərqlənən 33 yaşlı əlcəzairli futbolçu Yusef Belayli olub.  
Bu oyunla D qrupunda ikinci turun oyunlarına yekun vurulub. İki turdan sonra Braziliyanın "Flamenqo” komandası 6 xalla D qrupa başçılıq edir. "Sambaçılar" sonuncu turun nəticəsindən asılı olmayaraq növbəti mərhələyə vəsiqə qazanıb. İngiltərənin “Çelsi” və Tunisin “Esperans” komandaları 3 xalla müvafiq olaraq, ikinci, üçüncü yerləri bölüşürlər. Aktivində xalı olmayan “Los Anceles” isə sonuncu pillədə qərarlaşıb.