Madrid "Real"ının yarımmüdafiəçisi Daniel Sebalos baş məşqçi Xabi Alonso ilə aralarında baş vermiş fikir ayrılığına görə klubu tərk edə bilər.
Olimpnews.az xəbər verir ki, Klublararası dünya çempionatında “Əl-Hilal”la oyunda (1:1) meydana çıxmayan futbolçu baş məşqçiyə etiraz edib. 28 yaşlı yarımmüdafiəçi bildirib ki, əks halda klubdan ayrılacaq.