Mayami "İnter"nin hücumçusu Lionel Messi klubla yeni müqavilə imzalayacaq.
Olimpnews.az insayder Nikolo Şiranın sözlərinə istinadən xəbər verir ki, yeni müqavilə 2026-cı ilin dekabrına qədər qüvvədə olacaq.
Qeyd edək ki, argentinalı futbolçu bu mövsüm 22 matçda 16 qol və 6 məhsuldar ötürmə müəllifi olub.