Argentinanın “River Pleyt” klubunun baş məşqçisi Marselo Qalardo hücumçu Kriştianu Ronaldoya komandada klublararası dünya çempionatında çıxış etməyi təklif edib.
"Kristiano ilə bu yarışa qoşulmaq əla olardı. Martın ortalarında ona bizimlə oynamağı təklif etmişdim. O, bu təklifi dəyərləndirdi, amma bildirdi ki, növbəti mövsümə hazırlaşmaq istəyir", - deyə jurnalist Veronika Brunati Qalardodan sitat gətirib.