Levandovski karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək 

Levandovski karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək 

"Barselona" klubunun futbolçusu Robert Levandovski gələn mövsüm komandadan azad agent kimi ayrılacaq. 
Olimpnews.az xəbər verir ki, 36 yaşlı hücumçu Səudiyyə Ərəbistanı liqası ilə razılıq əldə edib. 
Qeyd edək ki, forvardın Kataloniya klubu ilə müqaviləsi 2026-cı ildə başa çatır. Lakin polşalı futbolçu ilə müqavilənin müddətinin 2027-ci ilə qədər uzadılması ilə bağlı danışıqlar aparılır.