"Qara qartallar" "Monako"nun futbolçusu ilə maraqlanır 

"Qara qartallar" "Monako"nun futbolçusu ilə maraqlanır 

Türkiyənin "Beşiktaş" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir. 
Olimpnews.az xəbər verir ki, "qara qartallar" bunun üçün "Monako"nun hücumçusu Breel Embolo ilə maraqlanır. 1.87 sm boya malik olan isveçrəli futbolçu fiziki hazırlığı və təcrübəsi ilə klub rəhbərliyinin diqqətini cəlb edib. 
Qeyd edək ki, 42 matçda forma geyinən hücumçu 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.