Tofiq Musayev UFC-də debütündə məğlub oldu 

Tofiq Musayev UFC-də debütündə məğlub oldu 

Bakıda keçirilən Mütləq Döyüş Cempionatının UFC Fight Night yarışında oktaqona çıxan Azərbaycanın ikinci təmsilçisi Tofiq Musayev məğlubiyyətlə üzləşib.

Olimpnews.az xəbər verir ki, 35 yaşlı idmançımız UFC-də debüt döyüşündə qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı mübarizə aparıb.

Görüşə yaxşı başlamasına baxmayaraq, idmançımız ilk raundun sonlarına yaxın ağrıdıcı fəndlə rəqibinə təslim olub.

“UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri qarşılaşacaq.

Azərbaycan idmançılarından Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə üzüzə gələcək. Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib.