Azərbaycan idmançısı Rafael Fiziyev Bakıda keçirilən Mütləq Döyüş Çempionatinda (UFC) qələbə qazanıb.
Olimpnews.az xəbər verir ki, Çilidən olan İqnasio Bahamondeslə qarşılaşan idmançımız hakimlərin ortaq qərarı ilə oktaqonu qələbə ilə tərk edib.
Qeyd edək ki, Bakı Kristal Hallda təşkil olunan döyüş gecəsində digər idmançılarımızdan Nazim Sadıxov qələbə qazanıb, Tofiq Musayev isə məğlubiyyətlə üzləşib.