"İnter" geridönüşlə ilk qələbəsini qazandı 

"İnter" geridönüşlə ilk qələbəsini qazandı 

İtaliyanın "İnter" klubu Klublararası dünya çempionatında ilk qələbəsini qazanıb. 
Olimpnews.az xəbər verir ki, E qrupunda yer alan Milan təmsilçisi qrup mərhələsinin ikinci oyununda Yaponiyanın "Urava Red Daymonds" komandalasına minimal hesabla qalib gəlib -2:1. 
Oyunda hesabı 11-ci dəqiqədə Ryana Vatanabinin qolu ilə "Gündoğar ölkə" təmsilçisi açsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. Qarşılaşmanın ikinci hissəsində Lautaro Mrtinesin (78) və Valentin Karboninin (90+2) qolları ilə "İnter" klubu ilk qələbəsini və üç xalını qazanıb. 
İtaliya təmsilçisi bu nəticə ilə dörd xalla bir oyun çox keçirməklə E  qrupunun birinci pilləsində qərarlaşıb.
Çempionatda keçirdiyi hər iki oyunda məğlub olan Yaponiya təmsilçisi isə sonuncudur.