UFC turnirində gecənin əsas döyüşündə Halil Rountri qalib gəldi 

UFC turnirində gecənin əsas döyüşündə Halil Rountri qalib gəldi 

Bakı Kristal Hallda keçirilən UFC turnirinə yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, gecənin əsas döyüşü ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri arasında olub.  

Yarım ağır çəkidə baş tutan və beş raund davam edən qarşılaşmada Halil Rountri qələbə qazanıb. 

Qeyd edək ki, Azərbaycan idmançılarından Nazim Sadıxov və Rafael Fiziyev qələbə qazanıb, Tofiq Musayev isə UFC-dəki debüt görüşündə məğlub olub.