ABŞ-da keçirilən Klublararası dünya çempionatında ikinci turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, artıq F qrupunda da ikinci turun qarşılaşmaları yekun vurulub. Qrupun ikinci oyununda Braziliyanın "Fluminense" klubu Cənubi Koreyanın "Ulsan" klubu ilə qarşılaşıb. Oyun Braziliya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Fluminense" qələbə sayəsində aktivindəki xalların sayını 4-ə çatdıraraq F qrupunda Dortmund "Borussiya"sı ilə birgə birinci, ikinci yerləri bölüşür. "Ulsan" klubu üç xalla üçüncüdür. Aktivində xal olmayan "Mamelodi Sandaunz" (CAR) isə sonuncudur.
Klublararası dünya çempionatı: "Fluminense"dən əzmkar qələbə
