Klublararası dünya çempionatı: E qrupunda ikinci tur yekunlaşdı 

Klublararası dünya çempionatı: E qrupunda ikinci tur yekunlaşdı 

Futbol üzrə Klublararası dünya çempionatında E qrupunda ikinci tura yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, Argentinanın “River Pleyt” klubu Meksikanın  "Monterrey" klubu ilə qarşılaşıb. "Rose Boule" Stadionunda keçirilən oyunda tərəflər meydanı qolsuz heç-heçə ilə tərk ediblər.
Beləliklə, iki turdan sonra cənubi amerikalılar 4 xalla E qrupuna başçılıq edir. Eyni xala malik olan İtaliyanın “İnter” klubu ikincidir. Keçirdiyi hər iki oyunda heç-heçə edən Meksikanın “Monterrey” klubu 2 xalla üçüncü, xalı olmayan Yaponiyanın "Urava Red Daymonds" komandası isə sonuncudur. 
Qeyd edək ki, qrupun digər oyunları iyunun 26-da keçiriləcək.