"Belə bir qapıçını əldən verə bilmərik”

"Belə bir qapıçını əldən verə bilmərik”

"Barselona"nın idman direktoru Deko komandanın qapıçısı Voyçex Şesni ilə bağlı ona ünvanlanan sualları cavablandırıb. 

“Biz onunla yeni müqavilə imzalayacağıq. Şesni ötən mövsüm bizə çox kömək etdi. Belə bir qapıçını əldən verə bilmərik", - deyə jurnalist Fabritsio Romano Dekodan sitat gətirib.

Bildilir ki, yeni müqavilə 2027-ci ilə qədər qüvvədə olacaq.