"Liverpul"un yeni transferi Florian Virtz “mersisaydlılar”ın azarkeşlərinə müraciət edib. "Azarkeşlərə təşəkkür etmək istəyirəm. Sosial şəbəkələrdə məni görmək istədikləri barədə mesajlar alırdım. Lakin onlara heç bir söz yazmırdım. Onları gözlətdiyimə görə üzr istəyirəm. "Liverpul"da oynamaq və komanda ilə uğur qazanmaq fürsətini səbirsizliklə gözləyirəm", - deyə klubun mətbuat xidməti alman yarımmüdafiəçinin sözlərindən sitat gətirib. Məlumat üçün bildirək ki, Florian 2024/2025 mövsümündə "Bayer Leverkuzen"in heyətində 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
"Liverpul"un yeni transferi azarkeşlərdən üzr istəyib
