De Bruyne komanda yoldaşını Neapolda görmək istəyir

De Bruyne komanda yoldaşını Neapolda görmək istəyir

Kevin De Bruynedən sonra "Mançester Siti"nin daha bir futbolçusu "Napoli"yə keçə bilər.

Olimpnews.az The Sun nəşrinin məlumatına istinadən xəbər verir ki, De Bruynenin özü  hücumameyilli yarımmüdafiəçi Cek Qrilişin də komandaya qoşulması ilə bağlı yeni klubunun rəhbərliyinə müraciət edib. Transfermarkt portal Cek Qrilişin transfer dəyərini 28 milyon avro ilə qiymətləndirir.