Şaolin geri qayıdıb, azarkeşlərlə şahmat oynayıb

Şaolin geri qayıdıb, azarkeşlərlə şahmat oynayıb

“San Antonio Spurs” 21 yaşlı fransalı basketbolçusu Viktor Vembanyama Çin Şaolin məbədindən qayıtdıqdan sonra keçirilən görüşdə 100 azarkeşlə şahmat oynayıb.

Olimpnews.az xəbər verir ki, Vembanyama məbəddə 10 gün qalıb. O, saçını kəsdirərək, rahiblərlə birlikdə məbədin bütün qaydalarına uyğun olaraq rejimə tam riayət edib. O, eyni zamanda kunq-fu ilə məşğul olub.