“Bizim vəziyyətimiz “Real”dan xeyli fərqlənir” - Deko

“Bizim vəziyyətimiz “Real”dan xeyli fərqlənir” - Deko

"Barselona"nın idman direktoru Deko Madrid "Real"ının yay transferləri bağlı fikirlərini bölüşüb. Olimpnews.az xəbər verir ki, o, La Vanguardianın suallarına qısa cavablar verib. 

- “Real”ın transferləri haqqında nə düşünürsünüz?

- Mərkəz müdafiəçisi Huysen çox yaxşıdır. Alexander-Arnoldu isə hamı tanıyır.

- "Barsa" Franko Mastantuono ilə maraqlanırdı?

- Bizim vəziyyətimiz “Real”dan xeyli fərqlənir. Biz bunu gizlətmirik. Mastantuononu almaq asan başa gəlmir.