“Atletiko”nun baş məşqçisi Dieqo Simeone "Arsenal"ın yarımmüdafiəçisi Tomas Parteyin kluba keçməsini istəmir.
Olimpnews.az xəbər verir ki, jurnalist Sebastien Vidalın sözlərinə görə, Simeone Aleks Baena (“Vilyarreal”), Endryu Robertson (“Liverpul”) və Conni Kardozo (“Betis”) kimi futbolçuları qısa siyahıya əlavə edib.
Qeyd edək ki, İspaniya La Liqasında ötən mövsümü üçüncü pillədə başa vuran “Atletiko” sabah klublararası dünya çempionatının üçüncü görüşündə “Botafoqo” ilə qarşılaşacaq.