"Yuventus"dan böyükhesablı qələbə 

"Yuventus"dan böyükhesablı qələbə 

ABŞ-da keçirilən Klublararası dünya çempionatında daha bir oyuna yekun vurulub.  
Olimpnews.az xəbər verir ki, G qrupunda İtaliyanın "Yuventus" klubu Mərakeşin "Vidad" komandasını qəbul edib. Oyun "Qoca sinyora"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. 
Oyunda hesab 6-cı dəqiqədə açılıb. Mərakeşli futbolçu Abdelmounaim Boutoil avtaqol müəllifi olub. Turin təmsilçisinin heyətində növbəti qolları Kənan Yıldız (16, 69) və Duşan Vlahoviç (90+4) fərqlənib. "Vidad"ın yeganə qolunun müəllifi isə 25-ci dəqiqədə Tembinkosi Lorç vurub. 
Qələbə sayəsində aktivindəki xalların sayını 6-ya çatdıran "Yuventus" klubu birinci pillədə qərarlaşıb. Bir oyun az keçirən "Mançester Siti" üç xalla ikinci pillədə yer alıb. Aktivində xalı olmayan "Vidad" və "Əl-Əyn" isə müvafiq olaraq, üçüncü, dördüncü yerləri bölüşürlər.