"Fənərbağça" ulduz futbolçu üçün hərəkətə keçdi

"Fənərbağça" ulduz futbolçu üçün hərəkətə keçdi

Türkiyənin “Fənərbağça” klubu “Mançester Yunayted” klubunun ulduz futbolçusu Ceydon Sanço ilə maraqlanır. 
Olimpnews.az xəbər verir ki, növbəti mövsüm çempionluğu hədəfləyən klub rəhbərliyi 25 yaşlı futbolçunun transferi üçün hərəkətə keçib. “Sarı-lacivərlilər” mövsümü “Çelsi”də icarədə keçirən ingiltərəli futbolçunu transferi ilə bağlı şərtlərlə maraqlanıblar. 
Qeyd edək ki, hücumçu ilə İtaliyanın “Napoli” klubu da maraqlanır.