İngiltərənin "Çelsi" klubunun hücumçusu Nikolas Cekson karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Olimpnews.az İtaliya mətbuatına istinadən xəbər verir ki, seneqallı hücumçu ilə İtaliyanın "Yuventus" klubu yaxından maraqlanır. Turin təmsilçisi 24 yaşlı futbolçunun agentləri ilə bir araya gəlib, mümkün transfer mövzusunda danışıqlar aparıblar.
Seneqallı hücumçu ilə A Seriyasının son çempionu "Napoli" də maraqlanır.
"Zadəganlar"ın hucumcusu A seriyası nəhənglərinin diqqət mərkəzində
