Qrizmann 4 ay sonra sükutu pozdu 

Qrizmann 4 ay sonra sükutu pozdu 

Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann 4 aydan sonra qol həsrətinə son qoyub. 
Olimpnews.az xəbər verir ki, 34 yaşlı forvard ABŞ-da keçirilən Klublararası dünya çempionatının üçüncü turu çərçivəsində Braziliyanın “Botofoqo” klubu ilə oyunda fərqlənib. Matçının ikinci hissəsində meydana daxil olan fransalı hücumçu 87-ci dəqiqədə fərqlənməklə ardıcıl 18 oyunluq qolsuzluğa son qoyub. Qrizmannın bu qolu komandasına qələbə qazandırsa da, “Atletiko” növbəti mərhələyə adlaya bilməyib. Madridlilər altı xal toplasalar da qol fərqinə görə “sambaçılar” pley-offa vəsiqə qazanıblar. “Atletiko” isə qrupu üçüncü pillədə başa vurub.  
Qeyd edək ki, 34 yaşlı hücumçu sonuncu dəfə təxminən dörd ay əvvəl - fevralın 25-dən İspaniya kubokunun yarımfinalında “Barselona”ya qarşı oyunda qol vurmuşdu.