Astarada minifutbol turniri keçirilir

Astarada minifutbol turniri keçirilir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 31-ci ildönümünə münasibətilə minifutbol idman növü üzrə Astara rayon turnirinə davam edir.

Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 4 qrupda ümumilikdə 15 komandanı təmsil edən 180 nəfər futbolçu mübarizə aparır.

Dairəvi Sistemi üzrə keçirilən hər qrupda 1 və 2-ci yerləri qazanan komandalar əvvəlcə 1/4 final, sonra yarımfinal, final mərhələsində qüvvələrini sınayacaq. Qrup oyunları iyunun 26-də, final oyunları isə iyulun 3-də təşkil olunacaq.