Türkiyənin "Qalatasaray" klubundan ayrılan Fernando Muslera özünə yeni klub tapıb.
Olimpnews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı qapıçı Argentinanın "Estudyantes" klubu ilə müqavilə bağlayıb. Uruqvaylı qapıçı ilə müqavilənin müddəti 2026-cı ilin dekabr ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2011-ci ildə İtaliyanın "Latsio" klubundan "sarı-qırmızılılar"ın heyətinə cəlb olunan qapıçı İstanbul təmsilçisi ilə keçirdiyi 14 mövsümdə 19 dəfə kubok sevinci sevinci yaşayıb.
Musleranın yeni klubu müəyyənləşdi
