Saraqosa "Selta"ya keçir

Saraqosa "Selta"ya keçir

Münhen "Bayern"inin vingeri Brayan Saraqosa karyerasını İspaniyada davam etdirə bilər.

Olimpnews.az Jurnalist Nikolo Şiranın sözlərinə istinadən xəbər verir ki, 23 yaşlı ispaniyalı ilə "Selta" klubu yaxından maraqlanır. Qalisiya təmsilçisi futbolçunu icarəyə götürməyə üstünlük verir.

Saraqosa ötən mövsümü icarə əsasında “Osasuna”da keçirib. O, 28 matçda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.