Fransa Liqa 1-in ən çox çempion olan klublarından biri "Olimpik Lyon" maliyə problemləri səbəbi ilə Liqa 2-ye düşüb.
Olimpnews.az xəbər verir ki, Fransa təmsilçisi həmçinin transfer cəzası ilə də üzləşəcək.
Klub rəhbərliyi qərarla bağlı apellyasiya şikayəti verəcək. "Lyon" klubunun apellyasiya şikayəti uğursuz olarsa, komanda gələn mövsüm Liqa 2-də çıxış edəcək.
Qeyd edək ki, "Lyon" Liqa 1-də 2024/25 mövsümünü 57 xalla altıncı pillədə başa vurmuşdu.