Futbol üzrə Klublararası dünya çempionatında D qrupunda sonuncu -üçüncü turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, klub İngiltərənin “Çelsi” klubu Tunisin "Esperans" klubu ilə qarşılaşıb. Oyun “zadəganlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. London təmsilçisinin qollarını Tosin Adarabioyo (45+3), Liam Delap (45+5) və Tyriqe George (90+7) vurub.
"Çelsi" qələbə sayəsində xalların sayını 6-ya çatdırıb. Bununla Enzo Marsekanın komandası qrup ikincisi kimi 1/8 finala yüksəlib.
Tunis təmsilçisi isə qrupu üç xalla üçüncü pillədə başa vurub.
Klublararası dünya çempionatı: "Çelsi" pley-offa vəsiqə qazandı
