FİFA Argentinanın “Paçuka” klubunun müdafiəçisi Qustavo Kabral və İspaniyanın “Real Madrid” klubunun müdafiəçisi Antonio Rudiger arasında baş verən insidentlə bağlı araşdırmalara başlayıb.
Olimpnews.az bu barədə Beynəlxalq Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Xatırladaq ki, Klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunun oyununda Kabral Rüdigeri irqi zəmində təhqir edib.