“Siz məni futboldan uzaqlaşdırmağa çalışdınız, amma alınmadı!”

“Siz məni futboldan uzaqlaşdırmağa çalışdınız, amma alınmadı!”

Mənim “Ayaks”a keçidim böyük səs-küyə səbəb olmuşdu. Lakin sözümü mövzunun sonunda deyəcəm.  
Mətbuatda barəmdə yazılan yazılardan qürurlanırdım. Manşetlərdə “Qızıl şortikli oğlan”, “İnanılmaz Zlatan” və daha nələr-nələr...
Şəkilimi və böyüş şriftlərlə adımı görüb, yerə-göyə sığmırdım. Həmin ərəfədə “Çippen” (Kim Kallström) və Kennedi Bakırcıoğlu ilə birlikdə kafedə oturmuşduq. Bizim yaşda bir qız masaya yaxınlaşdı.
- Sən 85 milyon kronluq, həmin o adamsan? - deyə utancaq şəkildə üzümə baxdı. Bu suala  nə cavab verə bilərdim?
- Bəli, o mənəm.
Mobil telefonuma aramsız zənglər gəlirdi. Nömrəmi bilənlər, başqasından öyrənənlər təbrik edirdilər. Artıq təbriklərdən bezmişdim. Lakin bilirdim ki, onların arasında paxllıq edənlər də var. Sadəcə bilirdilər ki, Zlatan uğura doğru irəliləyir. Bununla barışmağa məcbur idilər, əks halda sonradan onlar üçün çox gec ola bilərdi. 
Həmin zənglərin arasında cəmi bir nəfərin səsini eşitmək mənə xoş idi - Anam! O mənə zəng edəndə adəti üzrə başqa tərzdə sual ünvanladı.      
- Aman Allahım, Zlatan, nə baş verib?”  - deyə o qışqırdı.  Yəqin səni oğurlayıblar. 
- Ana sən nə danışırsan, kim məni oğurlaya bilər? - deyə güldüm. 
- Sən məni dəqiq başa düş. Səni televizorda göstərdilər. Nə danışdıqlarını başa düşə bilmədim, - deyə Yurka xanım boğuq səsini gizlədə bilmədi.
- Heç nə yaxşı deyil, ana. Məni indicə “Ayaks”a satdılar,  - dedim.
- Niyə heç nə demədin? Mən bu haqda televiziyadan öyrənməliyəm? - deyib, dərhal sakitləşdi.
Mən anamı incidə bilməzdim. O məsələnin mahiyyətini sonralar başa düşmüşdü. Bunu anlayana qədər o elə düşünürdü ki, sanki məni əsir götürüb, sonra satıblar. Qınamaq olmaz, axı anam həyatın qaranlığında zülmətə təslim olmaq istəmirdi. O öz parıltısını həyatı bahasına qoruyurdu. 
Ertəsi gün Jon Sten Olsenlə (“Ayaks”ın skautu) Niderlanda yola düşdük. 
Əynimdə sviter və qəhvəyi dəri pencək var idi. Çox gözəl görünürdüm. Amsterdamda mətbuat konfransında iştirak etdim. Böyük bir hay-küy var idi. Fotoqraflar və jurnalistlər bir yerə toplaşmışdılar. Fotoaparat və kameraların işıqlarında nur saçırdım. 
Sevincimi və utancaqlığımı sıxıb, saxlamışdım. Nəhayət həmin an gəlib çatdı. Əynimdəki dəri pencəyimi çıxarıb, Leo Benhakerin mənə verdiyi köynəyi geyindim. Bilirsiniz də, 9  nömrəli formanı kim geyinib? Dahi Van Basten! Həyatımda ilk dəfə idi ki, həmin məqamda şampanın dadına baxırdım. Heç dadlı gəlmədi. Zlatanın öz dadı var, heç nəyə bənzəmir.     
Artıq gücümü “Ayaks” üçün sərf etməli idim. Bir gün sonra fürsət tapıb, sakitlikdə “Amsterdam Arena”ya daxil oldum. Ağzımda lollipop (şirinquş), hər tərəfi seyr etdim. Dəbdəbəli həyatımın ilk anlarında dəridən bir nəfəs alırdım.
Geri qayıtmalı idim, “Malmö”də məni gözləyirdilər. Allsvenskan (İsveç yüksək liqası) başlayırdı. Hasse Borqun razılaşmasına  əsasən, hələ 6 ay klubun uğurları üçün çalışmalıydım. Gedişimlə, gəlişim tamam fərqli idi. Soyunub-geyinmə otağına girəndə məni komandanın üzvləri bir ağızdan təbrik etməyə başladılar. Hiss edirdim ki, dilucu təbriklər və saxta sevinclər yetərincədir. Buna yəqin ki, “paxıllıq” adını vermək olar. Komanda yoldaşım Hanse Mattissenin üzünə fikir verdim. O güclü insandır. Bir dəfə Qunilssedə onunla dalaşmışdım. 
- Zlatan, səni təbrik edirəm, - deyib, əlimi sıxmaq üçün ayağa qalxdı. 
- Təşəkkür edirəm, - deyib, gözlərimi onun üzünə yönəltdim.
- Belə bir şansı əldən vermədin. Sən çox cəldsən.
- Sən hələ indii başa düşmüsən ki, Zlatan kimdir? - deyib, onu özümə tərəfə bərk sıxdım.
O, kimi aldada bilərdi? Hər şey aydın idi, üstəlik kameralar da çəkirdi. Bilirdim ki, kapitanımız çox məyus olmuşdu. Yeri gəlmişkən bütün səhnələr “Malmö” üçün çəkilmiş “Mavi hərislər” filmində öz əksini tapıb.
Uğur və sevinc ardıcıl gəlirdi. Saçımı tamamilə seyrəltmişdim. Mia ilə nişan mərasiminə hazırlaşırdım. Onu tanıdığıma görə özümü axmaq saymırdım.  Çox səmimi bir qız idi. Sarışın qız veb-dizayner işləyirdi. Tanışlığımız isə Kiprdə baş vermişdi. Həmin vaxt o, barda işləyirdi. Baxışıb, telefon nömrələrimizi dəyişmişdik. Nişan mərasimində “Kvaellposten” tabloidinin əməkdaşı Run Smit mən sual atəşinə tutmuşdu.
- Mia üçün nişan hədiyyəsi almısan?
- Nə hədiyyə? Onun ən böyük hədiyyəsi Zlatandır, - deyib söhbəti bitirmişdim. 
Bizim nişanımız çox qısa çəkdi. Dostlarımdan biri məni başa saldı ki, sənin uçün bu nişan böyük bir yük olacaq. Hələ ailə qurmaq mənim üçün tez idi. Bir bilsəydiniz ki, nə qədər mənə yaxşı və pis məsləhət verən tanışlarım olub?       
Doğma klubumdan gedişimə az vaxt qalmışdı. “Malmö”nün vəziyyəti isə heç də yaxşı deyildi. Azarkeşlərimizi üzmüşdük. Lakin onlar stadionda “Biz “Malmö”nu sevirik” və “Zlatan bizimdir” bannerlərini açmışdılar. Onların dəstəyi ilə 85 milyon kronluq Zlatan yetişmişdi. Azarkeşlərimizin haqqını verə bilmişəm. Onları stadiondan çox vaxt qələbə ilə yola salmışam. Əvvəldə dediyim sözüm bu idi: “Siz məni futboldan uzaqlaşdırmağa çalışdınız, amma alınmadı!”
Bunu ətrafımdakı buqələmunlara, saxta gülüşlülərə və mənə mane olmaq istəyənlərə xitab edirəm. 

(ardı var)

Hazırladı:
Anar Əhmədov 

 

“Siz məni futboldan uzaqlaşdırmağa çalışdınız, amma alınmadı!”