İtaliyanın "Yuventus" klubu türkiyəli futbolçu Kenan Yıldızla yeni müqavilə imzalayacaq.
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi 20 yaşlı futbolçu ilə mövcud müqaviləni 2030-cu ilə qədər uzadacaq.
Yeni müqaviləyə əsasən futbolçunun gəliri illik 1.5 milyon avrodan 4 milyon avroya qədər artacaq.
Qeyd edək ki, türkiyəli gənc futbolçu ABŞ-da keçirilən klublararası dünya çempionatının qrup mərhələsinin ilk iki turunda üç qolla yadda qalıb.