16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atırau şəhərində keçirilmiş "Airom Cup" beynəlxalq turnirində çempion olub.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
U-16 yarışın son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubunu 68:32, Rusiyanın "MBU Volqoqrad" komandasını isə 58:47 hesabı ilə üstələyib.
Qeyd edək ki, milli çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıb.