"Borussiya" qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazandı

"Borussiya" qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazandı

ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirilən üçüncü turun oyunları davam edir.

Olimpnews.az xəbər verir ki, F qrupunun favoritlərindən biri olan Dortmund “Borussiya”sı sonuncu turda Cənubi Koreyanın “Ulsan” klubu ilə qarşılaşıb. Oyun Bundestim təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Yeganə qolun müəllifi 36-cı dəqiqədə fərqlənən “Borussiya” klubunun futbolçusu Daniel Svenson olub. 

Niko Kovaçın komandası bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıraraq F qrupunu lider kimi başa vurub. Keçirdiyi hər üç oyunda məğlub olan Cənubi Koreya təmsilçisi isə qrup sonuncusu olub.