Klublararası dünya çempionatında F qrupunun oyunlarına yekun vuruldu

Klublararası dünya çempionatında F qrupunun oyunlarına yekun vuruldu

Futbol üzrə klublararası dünya çempionatında F qrupunda mübarizəyə yekun vurulub.
Olimpnew.az xəbər verir ki, qrupun digər oyununda Cənubi Afrikanın "Mamelodi Sandaunz" klubu ilə Braziliyanın “Fluminense” klubu üz-üzə gəlib. Oyun qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticələrdən sonra braziliyalılar 5 xalla ikinci yer tutaraq pley-offa yükəsliblər. Cənubi Afrika təmsilçisi isə 4 xalla üçüncü olub. 
Qeyd edək ki, qrupda  birinci yerin sahibi 7 xalla Almaniyanın “Borussiya” komandası olub. Bundestim təmsilçisi bu nəticə ilə adını 1/8 finala yazdırıb. Aktivində xalı olmayan Cənubi Koreyanın “Ulsan” klubu isə qrup sonuncusu olub.